GENERGY haqqında

Uzun illərdir Azərbaycan bazarında kifayət qədər uğur qazanmış mütəxəssislər bir arada-GENERGY şirkətində toplanaraq öz müştərilərinə yüksək keyfiyyətlə, dürüst və peşəkarcasına xidmət göstərirlər.

“GENERGY” MMC şirkəti 2019-cu ildən etibarən Azərbaycanın tikinti, kənd təssərrüfatı, logistika və digər seqmentlərdə özünü etibarlı bir tərəfdaş kimi göstərmişdir. Şirkətimiz müştərinin istəyinə əsasən istənilən növ dizel və benzin generatorların topdan və pərakəndə satışını, peşakar və təcrübəli əməkdaşlarımız tərəfindən generatorlara operativ və yüksək səviyyədə texniki xidmət göstərir.

Təqdim olunan məhsullara və göstərilən xidmətə zəmanət verilir. Hal-hazırda təqdim etdiyimiz məhsullar Türkiyənin İstanbul şəhərində yerləşən zavodda istehsal olunur və şəxsi brendimiz olan “EKOGEN” generatorlarıdır.